
Azərbaycan Kubokunun qalibi "Sabah" komandası UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, I təsnifat mərhələsində rəqib Sloveniya Kubokunun sahibi "Tsele" olub.
Əlincə stadionunda (Bank Respublika Arena) təşkil olunmuş ilk qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 3-cü dəqiqədə "Sabah"ın kapitanı Pavol Şafranko açıb. 30 yaşlı slovakiyalı hücumçu künc zərbəsindən sonra topu başla rəqib qapısından keçib.
Lakin cəmi 4 dəqiqə sonra "Tsele"nin forvardı Franko Kovaçeviç təkbətəkdən bərabərlik qolunu vurub.
18-ci dəqiqədə "Sabah" kollektivi penalti qazanıb. Qazaxıstanlı baş hakim Daniyar Saxi VAR-a baxdıqdan sonra 11 metrlik cərimə zərbəsi təyin edib. Şafranko bu imkandan yararlanaraq, özünün və komandasının ikinci qolunu vurub.
Azərbaycan klubu fasiləyə öndə çıxıb. Lakin ikinci hissənin əvvəllərində "Tsele" yenidən bərabərliyə nail olub. 48-ci dəqiqədə Kovaçeviç "dubl" edib. Yekun nəticəni isə 90+3-cü dəqiqədə Darko Hrka müəyyənləşdirib.
Beləliklə, səfər matçından sərfəli nəticə ilə ayrılan Sloveniya təmsilçisi iyulun 17-də öz meydanında keçirəcəyi cavab görüşü üçün üstünlük əldə edib.
--------------------
Bu gün Azərbaycan klubları üçün 2025/2026 mövsümünə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq, mübarizəyə "Sabah" komandası başlayacaq.
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşündə rəqib Sloveniya "Tsele"si olacaq.
Əlincə stadionunda ("Bank Respublika Arena") təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. Oyunu Daniyar Saxinin başçılığı altında qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
"Sabah" 2024/2025 mövsümündə Azərbaycan Kubokunun, "Tsele" isə Sloveniya Kubokunun qalibi olub.
Meydan sahibləri ötən mövsüm Konfrans Liqasında III təsnifat mərhələsinədək, qonaqlar 1/4 final mərhələsinədək irəliləyib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.
UEFA Avropa Liqası, I təsnifat mərhələsi
10 iyul
20:00. "Sabah" - "Tsele" - 2:3
Qollar: Pavol Şafranko, 3; 18 (pen.) - Franko Kovaçeviç, 7; 48. Darko Hrka, 90+3
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Kalaçyov, Saken Balımbet (hamısı Qazaxıstan)
VAR hakimi: Bastien Deşepi (Fransa)
VAR hakiminin köməkçisi: Aydın Tassıbayev (Qazasıstan)
Əlincə stadionu ("Bank Respublika Arena").