
“Şamaxı” klubu növbəti legioner futbolçu transfer edib.
Sportnet.az "şirlər"in rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi David Tomaz Dos Santos Oliveyranı ilə müqavilə bağlanılıb.
24 yaşlı stopper iki illik (1+1) sözləşməyə imza atıb.
Qeyd edək ki, David son olaraq Portuqaliyanın “Kovilya” klubunda çıxış edib.