
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" komandası növbəti transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Almaniya təmsilçisi "Auqsburq"dan Fredrik Yenseni heyətinə cəlb edib.
28 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 3 illik müqavilə imzalayıb.
Fredrik Yensen Finlandiya millisinin üzvüdür.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.