
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 12 görüş keçiriləcək.
Qazaxıstanın "Kayrat" klubu doğma meydanda "Olimpiya" (Sloveniya) ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyunda qalib müəyyənləşməyib - 1:1.
Gürcüstan çempionu "İberiya 1999" isə İsveçdə məşhur "Malmö" klubu ilə qarşılaşacaq. Paytaxt Tbilisidə keçirilən ilk görüşdə qonaqlar 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, I təsnifat mərhələsinin daha iki oyunu iyulun 16-da keçiriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
15 iyul
19:00 "Kayrat" (Qazaxıstan) - "Olimpiya" (Sloveniya) (ilk oyun - 1:1)
19:30 "Linkoln Red İmps" (Cəbəllütariq) - "Vikinqur" (Farer adaları) (3:2)
21:00 "Malmo" (İsveç) - "İberiya" (Gürcüstan) (3:1)
21:00 "Milsami" (Moldova) - "KuPS Kuopio" (Finlandiya) (0:1)
21:00. RFŞ (Latviya) - "Levadiya Tallin" (Estoniya) (1:0)
21:00 "Hamrun" (Malta) - "Jalqiris" (Litva) (0:2)
22:00 "Differdanj" (Lüksemburq) - "Drita" (Kosovo) (0:1)
22:00 "Şkendiya" (Şimali Makedoniya) - TNS (Uels) (0:0)
22:30 "İnter Klub Eskaldes" (Andorra) - FCSB (Rumıniya) (1:3)
23:00 "Breydyablik" (İslandiya) - "Eqnatiya" (Albaniya) (0:1)
23:00 "Buduçnost" (Monteneqro) - "Noa" (Ermənistan) (0:1)
23:00 "Zrinski" (Bosniya və Herseqovina) - "Virtus" (San Marino) (2:0).