
Rumıniya futbolunda qalmaqal yaşanıb.
Sportnet.az-ın məlumatına görə, hadisə Superliqada ilk turun "Çiksereda" - "Dinamo Buxarest" oyununda baş verib.
Merkurya Çuk bələdiyyəsinin stadionunda təşkil olunan görüşün 35-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri qonaqların tribunasına getməyə çalışıb. Buna səbəb "Dinamo" azarkeşlərinin "Dırnaqlarınızın altındakı torpaq da rumınlarındır" yazılı banner asması olub.
"Dinamo Buxarest"in tərəfdarları banneri asaraq stadionu tərk ediblər. Onlar hüquq-mühafizə işçilərinin bütün azarkeşləri meydana buraxmamasına və gözyaşardıcı qazdan yararlanmasına etiraz ediblər.
Onların qəzəblənmələri "Çiksereda" azarkeşlərinin tribunalarda "Böyük Macarıstan"ın xəritəsinin əks edildiyi geyimlərlə əlaqədar olub.
İki il əvvəl Macarıstan Futbol Federasiyası UEFA və Avropa futbolunda diskriminasiyanın əleyhinə çıxış edən FARE təşkilatının matçlarda "Böyük Macarıstan" xəritəsinin istifadəsinə icarə verdiyini açıqlayıb. Amma bir şərtlə ki, həmin xəritə simvol və yazı olmadan sadə formada stadionlarda yerləşdirilsin.
"Çiksereda" - "Dinamo Buxarest" matçı 2:2 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, Merkurya Çukun əhalisinin 81,75% macarlar təşkil edir. Bu şəhər XIX və XX əsrlərdə Çiksereda adlanırdı. Şəhər Rumıniyanın şərqində yerləşir.