
İngiltərənin "Mançester Siti" klubu "Puma" ilə sponsorluq müqaviləsini yeniləyib.
Sportnet.az xəbər verir ki, tərəflər arasında imzalanan müqavilə 10 il müddətinə nəzərdə tutulub.
Sözləşmə Mançester təmsilçisinə ildə 100 milyon funt-sterlinq (təxminən 229 milyon manat) qazandıracaq. "Puma" ilə əvvəlki müqavilə "şəhərlilər"ə illik 65 milyon funt-sterlinq qazandırırdı.
İllik 100 milyon funt-sterlinq və müqavilə dəyəri 1 milyard funt-sterlinq İngiltərə futbolu üçün rekord məbləğdir. 2023-cü ildə "Mançester Yunayted" "Adidas"la 10 il ərzində 900 milyon funt-sterlinq, "Liverpul" isə eyni istehsalçı ilə hər mövsüm üçün 60 milyon funt-sterlinq qarşılığında müqavilə imzalayıb.