
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası İsveçdə təşkil olunan “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yarışda IV qrupda yer alan Azərbaycan təmsilçisi qrup mərhələsinin II tur matçında “Sportinq Laqos”la üz-üzə gəlib.
Görüş qolsuz sülhlə başa çatıb - 0:0.
Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" bu gün “Höteborq”la üz-üzə gələcək.