
İspaniyanın "Barselona" klubu üç futbolçusu ilə yollarını ayırmaq istəyir.
Sportnet.az "Sports.es" saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi qapıçı İnyaki Penya, yarımmüdafiəçi Oriol Romeu və hücumçu Pau Viktoru satışa çıxarıb.
Komandanın baş məşqçisi Hansi Flik rəhbərliyə Asiya turu başlamazdan əvvəl bu oyunçuların satılmasını istəyib.
Qeyd edək ki, "Barselona"nın Asiya turu iyulun 24-də başlayacaq. Kataloniyalılar Cənubi Koreyanın "Seul" və "Tequ", eləcə də Yaponiyanın "Kobe" klubları ilə yoxlama oyunu keçirəcək.