
Rusiyalı fiqurlu konkisürən Nadejda Ponteleyenko antidopinq qaydalarını pozduğuna görə cəzalanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyinin (RUSADA) rəsmi saytında məlumat verilib.
16 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya edilib.
Ponteleyenkonun dopinq nümunəsində meldonium aşkar edilib. Diskvalifikasiya müddəti 2024-cü ilin aprelin 19-dan hesablanır.
Daha əvvəl Nadejda Ponteleyenkonun əvvəlcə iki il müddətinə kənarlaşdırıldığı bildirildi. O, bu qərardan apellyasiya şikayəti verib.