
Konqo Demokratik Respublikasının (DR) hökuməti İspaniya "Barselona"sının yeni sponsoru ola bilər.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hazırda Konqo DR-nin idman naziri Didye Budimbu Kataloniya təmsilçisinin rəsmiləri ilə danışıqlar aparır.
Tərəflər 4 illik müqavilə bağlamağa yaxındırlar. Ümumi gəlir 44 milyon avro təşkil edəcək.
Anlaşma həyata keçəcəyi təqdirdə, "Barselona"nın məşq formasında "RDC, coeur de l'Afrique" ("Konqo DR, Afrikanın ürəyi") loqotipi olacaq.
"Barsa" 2024/2025 mövsümündə 3 milli titul əldə edib. Bunlar La Liqa çempionluğu, İspaniya Kuboku və ölkə Super Kubokudur.
Bir müddət əvvəl Kataloniya klubunun Bakıda da akademiyasının açılmasına dair razılıq əldə olunub.