
İngiltərə təmsilçisi “Bornmut” “Çelsi”nin serbiyalı qapıçısı Corce Petroviçi transfer edib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı qolkiperlə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.
“Çelsi” bu transferdən 25 milyon funt qazanıb.
Qeyd edək ki, Corce Petroviç ötən mövsüm icarə əsasında Fransa Liqa 1 təmsilçisi “Strasburq”da çıxış edib və 31 oyunda meydana çıxıb. O, 2023-cü ildə MLS klubu “Nyu İnqlend”dən 16 milyon avroya “Çelsi”yə transfer olunub.