
Növbəti mövsümə hazırlığını davam etdirən "Zirə" Türkiyə təmsilçisi “Pendik”lə yoxlama matçı keçirib.
Sportnet.az verir ki, “Fanatik Tur Meydançaları"nda keçirilən qarşılaşma "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda qolları Brahim Konate (64), Davit Volkov (66) və Junior Martins (73, 79) vurub.
Rəşad Sadıqovun kollektivi daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II
təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də 8-ci kilometr stadionunda, cavab görüşü isə iyulun 31-də “Polyud” stadionunda olacaq.