
İspaniyanın "Barselona" klubunun stadionu "Kamp Nou" yeni mövsümün ilk oyunlarına hazır olmayacaq.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, yenidənqurma işləri aparılan arenada meydança hələ hazırlanmayıb.
"Barselona" daha əvvəl bəyan etmişdi ki, komanda "Joan Qamper" kuboku uğrunda ənənəvi matçı "Kamp Nou"da keçirəcək.
Builki rəqib İtaliya "Komo"su olacaq. Qarşılaşma avqustun 10-da təşkil ediləcək.
Qeyd edək ki, "Kamp Nou"da 2023-cü ilin yayından yenidənqurma işləri aparılır. "Barselona" bu müddət ərzində ev oyunlarını Luis Kompanis adına Olimpiya Stadionunda keçirir.