
“Turan Tovuz" bu gün Türkiyə toplanışında ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Tovuz təmsilçisi yerli “Çorum" klubu ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Kurban Berdıyevin rəhbərlik kollektivdən 37-ci dəqiqədə Roderik Miller fərqlənib.
Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək.