
İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Coui Cons dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
70 yaşlı veteran müdafiəçinin ölüm səbəbi açıqlanmayıb. Cons 1975-1978-ci illərdə "Liverpul"un rənglərini qoruyub. O, "Reksem", "Çelsi" və "Haddersfild"də də oynayıb.
Qeyd edək ki, Coui Cons "Liverpul"un heyətində iki dəfə Avropa Çempionlar Kubokunu, eyni zamanda UEFA Kubokunun və Avropa Super Kubokunun qalibi olub. O, Uels millisində 70 oyun keçirib.