
Fransalı futbolçu Mik Menyan İtaliya "Milan"ının kapitanı olub.
Sportnet.az xəbər verir ki, bu məlumatı "qırmızı-qaralar"ın yeni baş məşqçisi Massimiliano Alleqri mətbuat konfransında təsdiqləyib.
30 yaşlı qapıçı son 64 ildə Milan təmsilçisinin ilk əcnəbi kapitanıdır.
“Milan”da kapitan sarğısını daşıyan sonuncu əcnəbi 1949-1961-ci illərdə bu klubda çıxış edən isveçli Nils Lidholm olub.
Qeyd edək ki, Mik Menyan artıq kapitan kimi komandanı meydana çıxarıb. O, ötən mövsüm klubun üçüncü kapitanı idi. "Milan"ın son mövsümdəki ilk iki kapitanı Davide Kalabriya və Teo Ernandes klubu tərk ediblər.
Menyanın "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, 2021-ci ilin yayından "rossoneri"lərin uğuru üçün çıxış edir.