
Braziliya "Santos"unun futbolçusu Neymar klubunu dəyişə bilər.
Sportnet.az "TyC Sports"a istinadən xəbər verir ki, braziliyalı hücumçu yenidən Avropaya qayıdış variantını nəzərdən keçirir.
33 yaşlı oyunçunun artıq Fransanın "Marsel" klubu ilə danışıqlar apardığı bildirilir.
"Cənublular" növbəti mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Neymar cari mövsüm ərzində meydana çıxdığı 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun "Santos"la müqaviləsi bu ilin sonunda başa çatır.