1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
ABŞ millisi üçqat dünya çempionu oldu
Qadın futbolçular arasında dünya çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, finalda ABŞ və Yaponiya yığmaları üz-üzə gəlib.
Görüş amerikalıların qələbəsi ilə yekunlaşıb - 5:2. Qalib komandadan Karli Lloyd "het-trik" (dəq. 3; 5; 16) edib, Loren Holidey (dəq. 14) və Tobin Hit (dəq. 54) hərəyə bir dəfə fərqlənib. Asiyalıların aktivinə isə qolları Yuki Ogimi (dəq. 27) və avtoqol müəllifi Culiya Conston (dəq. 52) yazdırıb. Bununla da ABŞ millisi tarixində 3-cü dəfə dünya çempionu olub.
Qeyd edək ki, bürünc medala 3-cü yer uğrunda görüşdə Almaniyanı 1:0 hesabı ilə yenən İngiltərə yiyələnib.