
Türkiyə milli komandasının futbolçusu Yunus Akgün “Qalatasaray”la yeni müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı futbolçu daha 4 il “sarı-qırmızılar”ın heyətində çıxış edəcək.
Ulduz futbolçu ilə Avropanın bir neçə adlı-sanlı klubu yaxından maraqlanırdı.
Qeyd edək ki, Yunus Akgün ötən mövsüm "Qalatasaray"ın heyətində 44 rəsmi matçda 12 qol vurub, 14 məhsuldar ötürmə verib.