
"Bakı” Klubu növbəti mövsümün hazırlıqlarına bu gün başlayacaq. Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Bakı” Futbol Akademiyasının yetirmələri tibbi testdən keçəcəklər.
Yekun nəticələri tərtib edən fiziki hazırlıq üzrə məşqçi David Ulloa onları baş məşqçi Milinko Pantiçə təqdim edəcək. İyunun 28-də komanda tam tərkibdə bir araya gələrək növbəti mövsümün hazırlığına start verəcək. İyunun 30-da isə "Bakı” hazırlığın əsas mərhələsini keçmək üçün Avstriyaya yola düşəcək.
Qeyd edək ki, "zolaqlılar"ın əvvəlcə iyunun 25-də bir araya gəlməsi planlaşdırılıb. Lakin dünya çempionatı və avrokubok oyunları ilə əlaqədar Topaz Premyer Liqasının başlama vaxtının bir həftə sonraya keçirilməsi "Bakı”nın hazırlığa bir qədər gec start verməsinə səbəb olub.