
İngiltərənin "Çelsi" klubu futbolçusu Lesli Uqoçukvu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "Bernli"yə keçib.
21 yaşlı oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. "Çelsi" bu transferdən 29 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, Lesli Uqoçukvu ötən mövsümü icarə əsasında "Sauthempton"da keçirib. O, meydana çıxdığı 31 oyunda 3 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.