
İspaniya "Barselona"sı komandanın futbolçusu Robert Levandovskinin zədəsi ilə bağlı açıqlama yayıb.
Sportnet.az klubun X səhifəsinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu avqustun 10-da "Komo"ya qarşı Joan Qamper Kuboku matçında iştirak edə bilməyəcək.
Onun qayıdışı bərpa prosesinin gedişatından asılı olacaq.
Polşalı forvardın sol ayaq baldırının arxa ətrafından xəsarət aldığı bildirilir.
Qeyd edək ki, Robert Levandovski ötən mövsüm bütün turnirlərdə 52 oyunda iştirak edib, 42 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilədək qüvvədədir. Transfermarkt futbolçuya 12 milyon avro qiymət qoyub.