
Almaniyanın həvəskar regional liqasında mübarizə aparan "SV Südwest" klubu bu il tarixi uğur əldə edib.
Sportnet.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, "SV Südwest" bu il keçirdiyi 32 matçda 28 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə 86 xal qazanıb.
Bununla da klub çempionluq əldə edib.
Regional liqalarda ciddi uğurlar qazanan "SV Südwest" həm də keçmiş Almaniya kansleri, əslən Lüdviqshafendən olan Helmut Kolun azarkeşlik etdiyi komandadır.
Klub türk, alman, yunan, alban, xorvat, italyan, Əlcəzair və makedoniyalılar da daxil olmaqla müxtəlif millətlərin üzvlərini birləşdirir.
Uğursuz idarəçilik klubda böhran yaratmışdı. Ötən il "SV Südwest"ə türklər rəhbərlik etməyə başlayıb.
Klubun prezidenti Serdar Gökalp Lüdviqshafendə doğulub böyüyüb. O, sakini olduğu şəhərə olan sədaqət borcunu yerinə yetirdiyini bildirib: "Şəhər komandası üçün çətin bir dövrdə mümkün olan hər cür riski gözə alaraq ödəmək istədik.
İdarə heyətindəki həmkarlarıma xüsusilə təşəkkür etmək istərdim. İlk növbədə, bu, gözəl bir alman komandası oldu. "SV Südwest" Türkiyə futbolu üçün nümunə ola bilər. Birlik və həmrəylik bizə uğur gətirən amillərdən biridir. Məsələn, kluba 30 il sədrlik edən alman dostumuz indi də bizimlə birlikdədir. Növbəti mövsüm Regional Həvəskarlar Liqasında daha yüksək divizionda mübarizə aparacaq “SV Südwest”in gənclərdən ibarət komandası bu mövsüm də çempionluq uğrunda mübarizə aparır. İstedadlı gənc futbolçular yetişdirən klub transfer dönəmində böyük klublar tərəfindən diqqətlə izlənilir. Bu mövsüm öz liqasının bombardiri olan alban əsilli Rinor Berişa da komandanın bombardiridir. Əlcəzair millisində çıxış edən Malek Asselah da klubun futbolçuları arasındadır".