
Fransanın PSJ komandası futbolçu Canluici Donnarummanın qiymətini müəyyənləşdirib.
Sportnet.az xəbər verir ki, bu barədə "Give Me Sport" nəşri məlumat yayıb.
Paris təmsilçisinin rəhbərliyi italiyalı qapıçının satışından 30 milyon avro gəlir əldə etmək istəyir.
26 yaşlı qolkiperin özü karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. O, daha əvvəl Türkiyə "Qalatasaray"ından və Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan aldığı gələn təklifləri rədd edib.
Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayında İtaliya "Milan"ından PSJ-yə keçib. O, son mövsüm ərzində 47 oyunda iştirak edib.