
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Macarıstanın "Ferentsvaroş" komandasıdır.
Budapeşt klubu III təsnifat mərhələsində Bolqarıstan "Ludoroqets"ini mübarizədən kənarlaşdırıb. Səfərdə 0:0 hesablı bərabərliyə qalan Macarıstan təmsilçisi evdə keçirilən cavab matçında böyük hesabla qalib gəlib - 3:0.
Hesabı 38-ci dəqiqədə Barnabaş Varqa açıb. O, 79-cu dəqiqədə də fərqlənərək, dubla imza atıb. 86-cı dəqiqədə isə Qabor Salai yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu üstələyən (1:0, 5:1) “Qarabağ” "Ferentsvaroş"la ilk matçını 19 avqustda səfərdə, cavab görüşünü isə 27 avqustda evdə keçirəcək.
.