
2025/2026 mövsümündə "Qarabağ"a tarixində ən böyük büdcə ayrılıb.
Sportnet.az-ın xəbərinə görə, bu barədə klubun prezidenti Tahir Gözəl məlumat verib.
Onun sözlərinə görə, indiyədək Ağdam təmsilçisinin belə böyük büdcəsi olmayıb.
Lakin klub rəhbəri büdcənin məbləğini açıqlamayıb: "Tariximizdəki ən böyük büdcəni bu mövsüm Qurban Qurbanova vermişik. Heç vaxt belə büdcəmiz olmayıb. Məbləği elan edə bilmərəm, amma klubumuz üçün çox böyük büdcədir. Baş məşqçimizin səbirli, təmkinli davranışına biz çox böyük ehtiramla yanaşır, dəstəkləyirik. Onun öz dəst-xətti var. Xəta edə, tələsə bilmərik. Almaniyanın "Bavariya" klubunun da ən böyük uğuru budur ki, tələsmirlər, ehtiyatlı davranışları ilə seçilirlər. Biz də elə edəcəyik, tələsməyəcəyik. Doğru futbolçu çıxsa, əldən verməyəcəyik".