
İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Rodriqo ilə danışıqlar aparıb.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Şəhərlilər" 24 yaşlı vingerə 5 illik müqavilə təklif etməyə hazırdır. Yekun qərarı braziliyalı futbolçu verəcək. Rodriqo keçidə razılaşsa, Madrid klubu ilə 100 milyon avroluq transfer üçün danışıqlar başlayacaq.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən "Real"da çıxış edir.