
"Qarabağ" komandası Macarıstan "Ferentsvaroş"unun avrokuboklarda yaxaladığı seriyaya son qoyub.
Sportnet.az xəbər verir ki, Budapeşt təmsilçisi avrokuboklardakı son 6 ev oyunundan qalib ayrılıb.
Onların bu seriyasını Azərbaycan klubu 3:1 hesablı qələbə ilə dayandırıb.
Digər tərəfdən, "Qarabağ" bu mövsüm ilk dəfə birinci hissədə qol vura bilməyib, lakin oyunlarının hamısında meydanı qolla tərk edib.
Qeyd edək ki, "Qarabağ" və "Ferentsvaroş" arasında cavab görüşü avqustun 27-də olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlanacaq.