
"Rəqib ikinci hissədə qollar vurdu. Onların ilk yarıda imkanları olsa da, xoşbəxtlikdən, yararlana bilmədilər".
Sportnet.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun kapitanı Denes Dibuş evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
35 yaşlı qapıçının sözlərinə görə, komanda yoldaşı Barnabaş Varqa birinci hissənin sonlarında fərdi ustalığı sayəsində gözəl kombinasiyanı qola çevirib. Bundan başqa, Yunatan Levinin demək olar ki, boş qapıya topu göndərmək əla imkanı olub.
"Biz fasiləyə layiqli şəkildə öndə çıxmışdıq" deyən Dibuş ikinci hissədə meydanın mərkəzini nəzarətdə saxlamağı, ikinci topları ələ keçirməyi bacarmadıqlarını etiraf edib: "Bununla da "Qarabağ" bizi bir qədər üstələdi. Onlar imkanlarından çox yaxşı yararlandılar. İkinci hissədə hər şey onların ssenariləri üzrə getdi. Lakin biz təslim olmalı deyilik. Axı, geriliyi aradan qaldırmaq üçün daha 90 dəqiqə vaxtımız var. Son nəticədə bizim də bir-iki imkanımız oldu. Onların hesabına biz önə çıxaraq, meydanı sevinərək, tərk edə bilərdik".
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la cavab görüşünü avqustun 27-də keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 20:45-də başlanacaq.