
Portuqaliya "Benfika"sının futbolçusu Kerem Aktürkoğlu bu gün Türkiyədə "Fənərbağça"ya qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda start heyətə daxil edilib.
Sportnet.az xəbər verir ki, bu addım Aktürkoğlunun İstanbul təmsilçisinə mümkün transferinə dair danışıqların getdiyi bir vaxtda atılıb.
Portuqaliya mətbuatı Lissabon klubunun 27 yaşlı yarımmüdafiəçini satmaqdan imtina etdiyini yazıb.
Qeyd edək ki, daha öncə "Fənərbağça"nın Türkiyə millisinin futbolçusunun keçidini tamamlamaq üzrə olduğu, anlaşmanın bonuslarla birlikdə 25 milyon avroya gerçəkləşəcəyi bildirilirdi.