
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Macarıstanın “Ferentsvaroş” komandaları arasında keçiriləcək cavab oyununun biletləri bu gün saat 14:30-dan satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunu saat 20:45-də başlanacaq. İlk oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 3:1.
Fotolar jurnalist Kənan Hakimova məxsusdur.