
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Kayzerslautern"in heyətində Almaniya II Bundesliqasında III tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, səfər matçında rəqib "Elversberq" olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Start heyətində yer alan Emreli 72-ci dəqiqəyədək oyunda olub. Onun əvəzinə meydana daxil olan Riçmond Taçi 79-cu dəqiqədə penaltidən fərqlənərək, "Kayzerslautern"in yeganə qolunun müəllifi olub.
Hazırda "Kayzerslautern" 3 oyundan 1 qələbə və 2 məğlubiyyətlə 13-cü pillədə qərarlaşıb.