
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 4 cavab görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, "Qarabağ"ın ardından Türkiyə təmsilçisi "Fənərbağça"nın da Liqa mərhələsinə vəsiqə istəyi baş tutmayıb.
"Sarı-lacivərdlilər" evdə qolsuz heç-heçə etdiyi "Benfika"ya Portuqaliyada məğlub olublar - 1:0. Yeganə qolu komandanın heyətinə qatmaq istədiyi türk futbolçu Kerem Aktürkoğlu vurub. Türkiyə təmsilçisinə daha bir zərbəni isə 82-ci dəqiqədə qırmızı vərəqə alan Andeson Taliska vurub.
Beləliklə, "Fənər" 16 mövsümdən sonra Çempionlar Liqasının əsas mərhələsinə adlamaq üçün yaxaladığı əlverişli şansdan yararlanmağı bacarmayıb. Son olaraq, 2007/2008 mövsümündə buna nail olmuş klub həmin vaxt hətta 1/4 finaladək irəliləyib.
Liqa mərhələsinə son 2 vəsiqəni isə Danimarkanın "Kopenhagen" və Belçikanın "Brügge" komandaları əldə edib. \
27 avqust
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0
Qol: Kerem Aktürkoğlu 35
Qırmızı vərəqə: Anderson Taliska, 82 ("Fənərbağça")
İlk oyun - 0:0
23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) - 2:0
Qollar: Andreas Kornelius, 46. Yussufa Mukoko, 84 (pen.)
İlk oyun - 1:1
23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) - 6:0
Qollar Nikolo Tresoldi, 5. Hans Vanaken, 32. Yoakin Seys, 41; 45. Aleksandar Stankoviç, 45+2. Xristos Tsolis, 50
Qırmızı vərəqə: Maks Eronz, 8 ("Reyncers")
İlk oyun - 3:1
İndiyədək Liqa mərhələsinin 32 iştirakçısı müəyyənləşib. Bunlar
İngiltərənin "Tottenhem", "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi" və "Nyukasl";
İspaniyanın "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Atletik Bilbao" və "Vilyarreal";
Almaniyanın "Bavariya", "Bayer", "Ayntraxt" və "Borussiya Dortmund";
İtaliyanın "Napoli", "İnter", "Atalanta" və "Yuventus";
Fransanın PSJ, "Marsel" və "Monako";
Niderlandın PSV və "Ayaks";
Portuqaliyanın "Sportinq";
Belçikanın "Yunion";
Türkiyənin "Qalatasaray";
Çexiyanın "Slaviya";
Yunanıstanın "Olimpiakos";
Norveçin "Budö Qlimt";
Kiprin "Pafos";
Qazaxıstanın "Kayrat"
komandalarıdır.
Qeyd edək ki, son 4 vəsiqənin sahibi müəyyənləşdikdən sonra avqustun 28-də Monakoda Liqa mərhələsinin püşkü atılacaq.