
Macarıstan "Ferentsvaroş"unun futbolçusu Aleks Tot "Qarabağ"a Bakıda 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra müsahibə verib.
Sportnet.az xəbər verir ki, üçüncü qolun müəllifi olan 20 yaşlı yarımmüdafiəçi matçdan əvvəl çox çətin gecə keçirdiyini bildirib:
- Oyunu necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, oyuna tam nəzarət etdik, hər şey bizim əlimizdə idi. Çoxlu qol imkanları yaratdıq. Hər kəsə təşəkkür edirəm, çünki hamı bütün gücünü ortaya qoydu və tərifə layiq idi. Sonluq bir az bəxtsiz alındı, amma futbol belədir – “kaş ki” ilə danışmaq olmaz. İndi diqqətimizi həftəsonu oyununa yönəltməliyik.
– Fiziki durumunuz oyuna nə dərəcədə hazır idi?
- Əslində söhbətə “necəsiniz” sualı ilə başlamaq lazım idi, çünki baş verənləri bilirsiniz. Öncəki gecəm çox çətin keçdi: qusma, ishal… Amma bütün tibbi heyət çalışdı ki, oyuna maksimum hazır olum. Fikrimcə, mümkün qədər buna nail oldular.
– Cərimə zərbəsi planlaşdırılmışdı?
- Bəli, tam şüurlu idi. Rəqib qapıçının əsasən "asma"ya hazırlaşdığını gördüm və düşündüm ki, niyə birbaşa qapıya zərbə vurmayım?
Haşım MƏMMƏDOV