
"Milan" heyətinə yeni oyunçu qatmağa hazırlaşır.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya təmsilçisi "Çelsi"dən Kristofer Nkunku ilə razılaşıb. A seriyası klubu bu keçidə görə 35 milyon avro ödəyəcək. Tərəflərin tezliklə 5 illik müqavilə imzalayacaqları bildirilib.
Xatırladaq ki, Nkunku 2023-cü ilin yayından "Çelsi"də oynayır.