
İngiltərə millisinin və "Kristal Pelas"ın müdafiəçisi Mark Quehi "Liverpul"a keçməyə hazırlaşır.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında müqavilə 35 milyon funt-sterlinq dəyərində qiymətləndirilib. Müdafiəçi özü bir ay əvvəl "mersisaydlılar"a transferə razılaşıb.
Mark ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.