
UEFA "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi Danimarkanın "Kopenhagen" klubunu cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna avqustun 20-də İsveçrədə "Bazel"ə qarşı pley-off mərhələsinin ilk oyunu zamanı azarkeşlərin davranışları səbəb olub.
1:1 hesablı heç-heçə ilə yekunlaşmış görüşdə danimarkalı fanatlar tribunada fişəng yandırıblar.
Bununla əlaqədar UEFA-nın Nəzarət, İntizam və Etika Komitəsi "Kopenhagen"i 42 min avro cərimələyib.
"Bazel"ə isə tribunada ictimai keçidlərin bloklanması səbəbindən 8 min avro, fişəng yandırılmasına görə 25 min avro cərimə kəsilib.
Qeyd edək ki, "Qarabağ" "Kopenhagen"lə oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Oyun saat 20:45-də başlanacaq.