
"Rəqibi heç bir halda qiymətləndirməməli deyilik".
Sportnet.az xəbər verir ki, bunu İslandiya millisinin futbolçusu Qudlauqur Viktor Paulsson bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə deyib.
Hazırda Danimarka "Horsens"ində çıxış edən 34 yaşlı mərkəz müdafiəçisi əlavə edib: "Onların yaxşı komandası və ölkənin ən güclü klubu "Qarabağ"da çıxış edən yaxşı oyunçuları var".
Paulsson görüşdən qalib ayrılmaq üçün yaxşı şanslarının olduğunu vurğulayıb: "Biz görməli olduğumuz işə diqqəti cəmləməliyik və bunu çox yaxşı - həm topla, həm də topsuz çox yaxşı etməliyik".
O, oyunun keçiriləcəyi "Lauqardalsvöllur" stadionunun vəziyyətindən də razılıq ifadə edib: "Bu, tamamilə yeni meydançadır. Ot örtüyü heç vaxt bu cür yaxşı vəziyyətdə olmayıb. Hibrid örtük döşənib və yığma üzvlərinin çox xoşuna gəlir. Özümə də xeyli xoş oldu".
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.