
DÇ-2026-nın seçmə mərhələsində beşinci oyun həftəsinə 6 qarşılaşma ilə yekun vurulub.
Sportnet.az xəbər ki, 4 komandalı F qrupunda Portuqaliya millisi səfərdə Ermənistanı darmadağın edib.
5 cavabsız qoldan hərəyə 2-ni Kriştianu Ronaldu və Juan Feliks vurub.
Qrupun digər görüşündə İrlandiya evdə Macarıstanla əzmkar heç-heçəyə nail olub. Görüşün gedişində 2 top fərqi ilə geri düşən meydan sahibləri qonaqların futbolçusunun qırmızı vərəqə almasından da yararlanaraq, bu qolların əvəzini çıxmağı bacarıb.
5 komandalı qruplara gəldikdə, H qrupunda Bosniya və Herseqovina yığması ardıcıl 4-cü qələbəsini səfərdə San Marino üzərində qazanıb. "Clrtdanlar" 6 cavabsız qolla məğlub edilib. Qrupun digər görüşündə Avstriya evdə Kiprə çətinliklə qalib gəlib.
K qrupunda İngiltərə yığması ardıcıl 4-cü qələbəsini Andorra üzərində əldə edib. Bu matçda meydan sahibləri 2 cavabsız qol vurub. Serbiya isə səfərdə Latviyanı minimal hesabla yenib.
DÇ-2026, seçmə mərhələ, 1-ci tur
6 sentyabr
F qrupu
20:00. Ermənistan - Portuqaliya - 0:5
22:45. İrlandiya - Macarıstan - 2:2
Xallar: Portuqaliya - 3, Macarıstan - 1, İrlandiya - 1, Ermənistan - 0
H qrupu
22:45. San Marino - Bosniya və Herseqovina - 0:6
22:45. Avstriya - Kipr - 1:0
Xallar: Bosniya və Herseqovina - 12 (4), Avstriya - 9 (3), Rumıniya - 6 (4), Kipr - 3 (4), San Marino - 0 (5).
K qrupu
17:00. Latviya - Serbiya - 0:1
22:45. İngiltərə - Andorra - 2:0
Xallar: İngiltərə - 12 xal (4 oyuna), Serbiya - 7 (3), Albaniya - 5 (4), Latviya - 4 (4), Andorra - 0 (5).