
İslandiya millisi rəsmi oyunlarda ən böyük hesablı ev qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, 2026-cı il dünya çempionatının Azərbaycan yığması ilə seçmə qrup matçına təsadüf edib.
Reykyavik şəhərindəki "Lauqardasvöllur" stadionunda keçirilmiş qarşılaşma yerli komandanın 5:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
İslandiya millisi əvvəllər heç vaxt rəsmi oyunlarda bu cür böyük hesablı üstünlük əldə etməyib. Əvvəllər ən böyük hesablı qələbələr 1997, 2021 və 2023-cü illərdə Lixtenşteynlə matçlarda qeydə alınıb - 4:0.
Bu, həm də İslandiya yığmasının ümumilikdə ikinci ən böyük hesablı qələbəsidir. Daha əvvəl onlar 2023-cü ilin martında Lixtenşteynlə səfər oyununda 7:0 hesablı nəticəyə seviniblər.
Ən əsası, İslandiya millisi əvvəllər böyük hesablı qələbələrini "cırtdanlar" - Lixtenşteyn, Farer adaları, Andorra və Malta üzərində qazanmışdısa, indi həm ərazi, həm də əhali baxımından Avropanın bir çox dövlətindən seçilən ölkənin komandası ilə qarşılaşmada əldə edib.
İslandiya ən böyük hesablı qələbəsini 1985-ci il iyulun 10-da eyni stadionda keçirilmiş yoldaşlıq görüşündə Farer adaları millisi üzərində qazanıb - 9:0.
Bu komanda öz meydanında 5 və daha artıq qolu 5 dəfə - 1983 cə 1985-ci illərdə Farer adaları, 1991-ci ildə Türkiyə, 2000-ci ildə Malta və 2025-ci ildə Azərbaycanla görüşlərdə vurub.