
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığma komandaların heyətində fərqlənmə sayında özünə məxsus qol rekordunu yeniləyib.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı hücumşu səfərdə Ermənistana qarşı 2026-cı il dünya çempionatının seçmə oyununda komandasının 5 cavabsız qolundan 2-nin müəllifi olub.
İrəvandakı Vazgen Sarkisyan adına Respublika stadionunda təşkil olunmuş qarşılaşmada Ronaldu ikinci və dördüncü topları vurub. Hər iki hissədə fərqlənən forvard millidəki qol sayını 140-a çatdırıb.
Qeyd edək ki, bu göstəricidə ikinci yer Argentina yığmasının hücumçusu Lionel Messiyə məxsusdur. O, 114 dəfə fərqlənib.