
İspaniya millisinin və "Barselona" klubunun futbolçusu Lamin Yamal pasportunu itirdikdən sonra Türkiyəni tərk edə bilib.
Sportnet.az "Turkiye Today"a istinadən xəbər verir ki, Türkiyə yığması ilə 2026-cı il dünya çempionatının seçmə oyunundan sonra xoşagəlməz hadisə yaşayan gənc hücumçu ölkədən özəl təyyarə ilə ayrılıb.
Onun itən pasportunu tapmaq cəhdləri nəticə verməyib.
Qeyd edək ki, oyun İspaniya yığmasının qələbəsi ilə yekunlaşıb - 6:0. Lamin Yamal bu qollardan heç birinin müəllifi olmayıb. O, cari mövsümdə "Barselona"da 3 matçda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.