
"Sabah" klubunun Polşa millisinin futbolçusu Timoteuş Puxaçı transfer etməsi təəccüblə qarşılanıb.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı "Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak paylaşım edib.
Jezniçak 26 yaşlı müdafiəçinin bu qərarını çox qəribə gediş adlandırıb. O bildirib ki, hazırda Almaniyanın "Holştayn Kil" komandasında çıxış edən Puxaça "Qarabağ" da maraq göstərib. Veteran futbolçunun fikrincə, Polşanın "Katovitse" klubu "Sabah"dan üstündür: "Sabah" ortabab klubdur, "Katovitse" futbol planında 100 faiz yüksəkdədir. Hələ mən stadion və boş vaxt itkisindən ibarət gələcəkdə mümkün transferləri demirəm. Yeganə variant əla mövsümü və "Qarabağ"ın göstərdiyi marağı dəyərləndirmək idi. Çünki çox vaxt yüksək səviyyəli oyunçular Azərbaycanda "Qarabağ"a keçirlər. Böyük sürprizdir".
Polşa millisinin sabiq yarımmüdafiəçisi Tomaş Vlodarçik isə yazıb: "Puxaç "Katovitse"yə qoşulmayacaq. Əvəzində "Lex Poznan"ın yetirməsi bu mövsüm yerli çempionatda beşinci yeri tutmuş Azərbaycan klubu "Sabah"a transfer olunacaq".
Öz növbəsində "Sabah"ın mətbuat katibi Elnur Həmidov xəbəri nə təsdiq, nə də təkzib edib: "Hazırda transfer çalışmalarımız davam edir. Hər hansı futbolçu ilə anlaşma əldə olunsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, "Sabah" klubu hələlik Timoteuş Puxaçın transferini açıqlamayıb. Puxaç Polşa klublarından əlavə, Almaniyada "Union Berlin" və "Kayzerslautern", Türkiyədə "Trabzonspor", Yunanıstanda "Panatinaikos" və İngiltərədə "Plimut Arqayl" komandalarının da formasını geyinib.