
Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, mərasim sentyabrın 17-də "Holiday INN” otelində baş tutacaq.
Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Saat 15:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2025/26 mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/2026 mövsümündə 34 komanda iştirak edəcək.