
Azərbaycan millisinin sabiq futbolçusu İlkin Qırtımov karyerasını 1-ci liqada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Zaqatala” klubuna transfer olunub.
Son olaraq “Kəpəz”in heyətində çıxış edən təcrübəli oyunçu daha əvvəl “Simurq”, “Keşlə”, “Neftçi”, “Zirə” və “Qəbələ” klublarında da forma geyinib.