
"Mingəçevir" komandasının heyətinə daha 2 futbolçu cəlb olunub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bunlar Elnur Mirzəyev və Fuad Əhmədovdur.
Hər iki futbolçu bir müddət başqa klubda çıxış etdikdən sonra "Nur şəhəri"nə qayıdıb.
Qeyd edək ki, "Mingəçevir" daha əvvəl Nihad Xəlilli, Usman Abba, Xəyal Muradov, Elmin Bayramov, Vüsal Əsgərov, Taleh Qarayev, Jonah Attuquaye, Orxan Sadıqlı, Sahib Həsənov, Samir Abdullayev, Rimas Kerimi, Məhəmməd Kadiri, Cabir Əmirli, Məhəmməd Səfərov, Kennet Kalunqa, Kənan Quliyev, Qurban Səfərov, Bakari Jaiteh, Rəhim Cəfərli, Nicat Məmmədov, Seymur Məmmədovla müqavilə bağlayıb. Komandanın baş məşqçisi Ramiz Məmmədov, köməkçi-məşqçi Mehman Bəxişov, məşqçi Məqsəd Yaqubəliyev, qapıçılar üzrə məşqçi Elnar Kərimovdur.