
2027-ci ildə UEFA-nın təşkil etdiyi yarışların final oyunlarının keçirilmə məkanları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
UEFA Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq. "Metropolitano" Bakı Olimpiya Stadionu ilə mübarizədən qalib çıxıb.
Qadınlar arasında Çempionlar Liqasının finalı Polşanın paytaxtı Varşavadakı Milli Stadionda keçiriləcək.
2026-cı il UEFA Super Kubokuna Avstriyanın Zaltsburq, futzal üzrə Çempionlar Liqasının finalına İtaliyanın Pezaro şəhəri ev sahibliyi edəcək.
19 yaşadək futzalçılar arasında 2027-ci il Avropa çempionatı Qazaxıstanın paytaxtı Astanada, eyni növ üzrə qadınlar arasında Avropa çempionatı Xorvatiyanın Osiyek şəhərində olacaq.