
Avropa Liqasının I təsnifat mərhələsində Tbilisi "Dinamo"sunu iki oyunun nəticəsinə görə məğlub edib mərhələ adlayan "Qəbələ" azarkeşləri stadionda şadyanalıq ediblər. Sportnet.az-ın məlumatına görə, mətbuat konfransından çıxan baş məşqçi Roman Qriqorçuku qarşılayan azarkeşlər onu öpüb-qucaqlayaraq minnətdarlıq bildiriblər.