"Neftçi”nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının I təsnifat mərhələsinin Çernoqoriya "Mladost” klubu ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis rəqibin xüsusi oyun göstərmədiyini açıqlayıb.
Onun fikrincə, "Mladost" qapanaraq, nəticəyə oynayıb: "Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komanda hər iki görüşdə üstün oynadı”.
Qeyd edək ki, "Neftçi" "Mladost"la səfər matçından 1:1 hesablı heç-heçə ilə ayrılıb. Lakin ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşdığından, Çernoqoriya təmsilçisi səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayıb.