
Azərbaycan I Liqa klubları üçün tətbiq edilən cərimələrin məbləği artırılıb.
Sportnet.az xəbər verir ki, dəyişiklik AFFA İntizam Məcəlləsində əksini tapıb.
Yeni qərara əsasən, I Liqa klubu Premyer Liqa cəzasının 30 faizi məbləğində cərimələnir. Əvvəllər həm I Liqa, həm Əvəzedicilər Liqası, həm də II Liqada cərimə Premyer Liqa ilə müqayisədə 10 faiz nisbətində idi. İndi isə I Liqa cərimələri aşağı liqalarla müqayisədə 3 dəfə artırılıb.